İnsanlara hürriyət, millətlərə istiqlal!

Qirkin: "Rusiya müharibəni uduzub"

“Rusiya müharibəni uduzub”.

Kinkret.az xəbər verir ki, Donbas separatçılarının keçmiş komandiri və FTX zabiti İqor Strelkov (Qirkin) Ukrayna ilə müharibədə Rusiya Federasiyasının məğlubiyyətinin real perspektivindən danışıb.

O, rus təbliğatçılarını sərt tənqid edib.

“Təbliğatçıların mehriban xoru düşmənin qaçdığını yazıb. Putin uğrunda, inam uğrunda biz yüksək səslə “ura” qışqıracağıq”, – Qirkin deyib.

O, həmçinin Kiyev yaxınlığında rus qüvvələrinin son fəlakətini xatırladıb.

“Biz artıq Kiyevdə deyilik və xüsusi təyinatlılarımızın qanı ilə örtülmüş Qostomeldə də deyilik.

Belə şəraitdə nəinki xüsusi hərbi əməliyyatı uduzmaq fikrində deyilik, biz artıq onu uduzmuşuq. Biz müharibəni də uduzacağıq”, – deyə Strelkov əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR