İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda ölüm hökmü bərpa oluna bilər

Qırğızıstanda həyata və cinsi toxunulmazlığa qarşı xüsusilə ağır cinayətlər üçün ölüm cəzasının tətbiq edilməsi təklif olunub.

Musavat.com xəbər verir ki, bu barədə Qırğızıstan KİV-ləri məlumat yayıb.

Təşəbbüs, hüquqi akt layihələrinin ictimai müzakirəsi üçün ölkənin vahid portalında yerləşdirilib.

Layihənin müəllifi Qırğızıstan vətəndaşı Rüstəm Nusupovdur.

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər yetkinlik yaşına çatmayanların həyatı və cinsi toxunulmazlığına qarşı törədilən xüsusilə ağır cinayətlərdə müstəsna cəza tədbiri kimi ölüm cəzasını nəzərdə tutur.

Xüsusilə bu, xüsusi qəddarlıqla törədilən qətllər, yetkinlik yaşına çatmayan uşağın öldürülməsi və zorlama və ya digər zorakı cinsi aktlarla əlaqəli qətllərə şamil olunacaq.

Təşəbbüsə görə, ölüm hökmü yalnız məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra və bütün məhkəmə instansiyalarında mühakimə olunduqdan sonra tətbiq edilə bilər. Qeyd olunur ki, bu cəza qadınlara və azyaşlılara şamil edilməyəcək.

Layihədə bildirilir ki, təşəbbüsün əsas səbəbi ağır qətllərin və azyaşlılara qarşı zorakılıq hallarının artmasıdır:

"Müstəsna hallarda ölüm hökmünün tətbiqi cəmiyyətin müdafiəsinə töhfə verməli, bu cür cinayətlərin qarşısının alınmasını gücləndirməli və cəzanın qaçılmazlığı prinsipini təmin etməlidir".

Qırğızıstan prezidenti Sadır Japarov da ölkədə xüsusilə ağır cinayətlər üzrə ölüm cəzasının bərpası təşəbbüsünü dəstəkləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR