Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanın İssıkgöl vilayətində ildırım 250 qoyunu öldürüb.
Musavat.com “24.kg”xəbər agentliyinə istinadla xəbər verir ki, Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin verdiyi məlumata görə, hadisə iyulun 7-də axşam saatlarında İssıkgöl vilayətinin Ton rayonunun Jailoo Jazy Keçu ərazisində baş verib.
Dağətəyi ərazidə yamacda oylayan sürüyə ildırım düşüb, nəticədə xırdabuynuzlu heyvanlar arasında kütləvi tələfat olub. Fövqəladə hadisə yerində Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları məlumatları dəqiqləşdirir.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ