İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda dövlət bayrağı korrektə olunacaq

Qırğızıstan bayrağının müəllifləri 10 gün ərzində bayrağın elementlərinə dəqiqləşdirmələr edilməsi məsələsinə baxacaq və konkret variant təqdim edəcəklər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Qırğızıstan parlamentinin Joqorku Keneşin sədri Nurlanbek Şakiyev dövlət bayrağının müəllifləri Jusup Matayev və Bekbosun Jayçıbekov, habelə dövlət və ictimai xadim Medekan Şerimkulovla görüşüb, onların əsas dövlət rəmzinin dəyişdirilməsi ilə bağlı təkliflərini dinləyib. Bu barədə Qırğızıstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Nurlanbek Şakiyev qeyd edib ki, dövlət bayrağı ilə bağlı müxtəlif baxışlar var.
Deputatların qeyd etdiyi kimi, ölkə bayrağının ortasında tunduq olan günəş şüalarının günəbaxan çiçəyi və ya yurdun çöl hissəsi kimi müxtəlif yozumlarda vizual qavranılmasında dilemma yaranır.

653879df8b716894766642.jpg (39 KB)

Bu müxtəlif fikirləri nəzərə alaraq, bayrağın bəzi elementlərinə aydınlıq gətirmək üçün qanun layihəsinin hazırlanması təşəbbüsü ilə çıxış edirlər.

“Bayraq şəklinin anlamının birmənalı şərhini aradan qaldırmaq üçün tədbirlər görmək lazımdır. Bununla əlaqədar, Qırğızıstan Respublikasının bayrağındakı şüaların formasının dalğavaridən günəş şüalarına açıq-aydın bənzəyən formaya dəyişdirilməsi təklif edilir”, - deyə əsaslandırma sənədində deyilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR