İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda daha bir bank Rusiya ilə əməliyyatları dayandırdı

Qırğızıstanın Ayıl(Kənd) Bankı Rusiyanın Sberbank müştərilərindən pul köçürmələrini dayandırıb.

Musavat.com xəbər verir ki, bu qərarı bankın mətbuat xidməti yayəb.

Məlumatda bildirilir ki, avqustun 22-dən etibarən “Ayıl Bank” ASC-nin müştərilərinin kartlarına və hesablarına Sber tətbiqindən köçürmələr qeyri-müəyyən müddətə dayandırılıb.

Zolotaya Korona, AstraSend və Unistream sistemləri ilə köçürmələr isə adi rejimdə işləyir.

Qeyd edək ki, Bundan əvvəl Qırğızıstan MBankı Rusiyanın Sberbank, TBank (keçmiş Tinkoff Bank) və MTS Bankı vasitəsilə pul köçürmələrinin dayandırıldığını elan edib. Daha sonra yerli Keremet Bank Sberbank, MTS Bank, TBank və "Mir" milli ödəniş sisteminin operatoru - NSPK ASC-nin mobil proqramları vasitəsilə köçürmələri qeyri-müəyyən müddətə dayandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR