İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan Prezidenti məmurları sənəd dövriyyəsində qırğız dilinə keçməyə çağırıb

Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə fəaliyyət göstərən idarələri sənəd dövriyyəsində qırğız dilinə keçməyə çağırıb.

AZƏRTAC Qırğızıstan mediasına istinadla xəbər verir ki, dövlət başçısı bu müraciəti hökumətin iclasında səsləndirib.

"Dövlət dilinin inkişafı dövlət idarələrinin fəaliyyətində əsas istiqamətlərdən birinə çevrilməlidir. Biz ölkə vətəndaşlarının dövlət dilində sərbəst danışıb yaza bilməsinə şərait yaratmalıyıq. Respublikada 100-dən çox etnosun nümayəndələri yaşayır, dövlət dili birləşmək üçün əsas olmalıdır”, - deyə Sadır Japarov bildirib.

Qırğızlar olaraq, sənəd dövriyyəsini rus dilində aparmağın düzgün olmadığını qeyd edən Prezident deyib: “İdarələrdə sənəd dövriyyəsinın ən azı 50 faizi dövlət dilində aparılmalıdır".

Qırğızıstan Konstitusiyasında rus dilinə rəsmi dil statusu verilib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR