İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan-Çin sərhədində 6,2 bal gücündə zəlzələ olub

Qırğızıstan və Çin sərhəddində 6,2 bal gücündə zəlzələ baş verib, təbii hadisəni Alma-Ata sakinləri də hiss ediblər.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin “Seysmoloji Təcrübə-Metodiki Ekspedisiyası” məlumat yayıb.

Məlumata görə, təbii hadisənin episentri Alma-Ata şəhərindən 261 km cənub-şərqdə, Çin və Qırğızıstan sərhədində, zəlzələ ocağı 25 km. dərinlikdə yerləşib.

Seysmoloqların bildirdiyinə görə, zəlzələ Alma-Atada 2-3 bal gücündə (MSK-64 şkalası üzrə) hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Şəhər Fövqəladə Hallar Departamentinin mətbuat xidməti qeyd edib ki, zəlzələnin mümkün fəsadlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR