İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğız general: “Bundan sonra ölkəmizdə “qanuni oğru” olmayacaq”

Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev bildirib ki, bundan sonra Qırğızıstanda mütəşəkkil cinayətkar qrupların liderləri olmayacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Taşıyev bu sözləri Tokmokda dövlət komitəsinin yeni binasının açılışında çıxışı zamanı deyib.

“Bundan sonra ölkəmizdə “qanuni oğrular”, mütəşəkkil cinayətkar qrupların rəhbərləri, qruplaşmalar olmayacaq. Əgər kimsə yeni oğrular, yeni rəhbərlər yaradacaqsa, biz onları sərt şəkildə cəzalandıracağıq. Bəli, bir kriminal avtoritetin digərini əvəz etdiyi o illəri xatırlayırıq. Bəzi kriminal avtoritetlər getdi, onların yerinə başqaları peyda oldu, onlar daha böyük qruplar yaradaraq cəmiyyətimizə daha çox nəzarət etməyə başladılar. İndi bu baş verməyəcək. İndi ölkəmizdə mütəşəkkil cinayətkar qrupların, “qanuni oğru”ların və digərlərinin yeni rəhbərləri olmayacaq. Qoy hamı yadda saxlasın. Kim cəhd etsə, cəzasını alacaq. Mən Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri kimi bütün məsuliyyətimlə bildirirəm”, – Taşiyev bildirib.

Xatırladaq ki, oktyabrın 4-də Milli Təhlükəsizlik Dövlət Komitəsi xüsusi əməliyyat zamanı “qanuni oğru” Kamçı Kolbayevi məhv edib.

Dövlət komitəsi bildirib ki, Kamçı Kolbayev bir sıra cinayət işlərində, o cümlədən müxalif qruplaşmanın kriminal rəhbəri, “Du-Çınqız” ləqəbli Çingiz Cumaqulovun qətli ilə bağlı istintaq aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR