Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanın Azərbaycan və Gürcüstandakı keçmiş səfiri Kayrat Osmonəliyev NATO və ya KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılmasını təklif edib.
Musavat.com voicepress.az-a istinadən xəbər verir ki, Kayrat Osmonaliev Şuşada (Azərbaycan) keçirilən beynəlxalq konfransda çıxışı zamanı regional təhlükəsizliyin təmin edilməsi sahəsində türk dövlətlərinin əməkdaşlığının və inteqrasiyasının dərinləşdirilməsinin, daha doğrusu, NATO və ya KTMT-nin analoqu olan regional təhlükəsizlik sisteminin yaradılmasının zəruriliyini vurğulayıb.
“Hər bir ölkənin təhlükəsizliyinin bütün regionumuzun təhlükəsizliyinin açarına çevriləcəyi türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır. Başqa sözlə, əgər onu Türk Dövlətləri Təşşkilatını Aİ ilə yanaşı, mövcud dünya analoqları ilə müqayisə etsək, gələcəkdə müdafiə ittifaqı kimi “Türk NATO-su” və ya “Türk KTMT-si”nin yaradılması haqqında düşünməliyik”, - deyə Kayrat Osmonaliyev bildirib.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ