Onlayn ictimai-siyasi qəzet
Qəzza zolağında ölən jurnalistlərin sayı 172-yə yüksəlib.
Bakupost.az xəbər verir ki, hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada Qəzza zolağında İsrailin hücumları nəticəsində həlak olan jurnalistlərlə bağlı məlumat verilib.
İsrail ordusunun Qəzzada həyata keçirdiyi hücumlarda Menazil Media Şirkətində çalışan jurnalist Muhammed Abdulfettah Abdurabbu-nun həyatını itirdiyi bildirilib. aptek depo
Bununla da, 2023-cü il oktyabrın 7-dən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərin sayı 172-yə yüksəlib.
Bəyanatda həmçinin İsrail ordusunun Qəzza zolağında jurnalistləri hədəfə alması pislənilib və jurnalistlərin öldürülməsində İsrail rəhbərliyinin məsuliyyət daşıdığı vurğulanıb.
Mətbuatla bağlı beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda fələstinli jurnalistlərin öldürülməsini dayandırmaq üçün İsrailə qarşı sanksiyalar tətbiq edilməsi və törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə mühakimə olunması üçün hərəkətə keçməyə çağırıblar.
Həyatını itirən jurnalistin yaxınlarına da başsağlığı verilib.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ