İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada "Anadolu" agentliyinin operatoru həlak oldu

Türkiyənin "Anadolu" agentliyinin ştatdankənar operatoru Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarasından həlak olub.

Qeyd olunur ki, insident fələstinli qaçqınlar üçün yaradılmış "Əsgər Əl-Cədid" düşərgəsinin ərazisində baş verib.

Əbu Nabhan evin yanındakı düşərgədə yaralının xərəkdə aparıldığı yerdə çəkiliş edib. Düşərgə İsrail əsgərləri tərəfindən mühasirəyə alındığı və orada çoxlu jurnalistin olduğu bildirilir.

Agentliyin yaydığı kadrlarda operatorun digər insanlarla birlikdə düşərgənin küçələrindən birində qaçdığı, sonra isə qəfil hərəkətsiz yerə yıxıldığı görünür. Qaçanlardan biri onu qaldırmağa çalışsa da, sonra xəsarət almaqdan qorxaraq döngədə gözdən itib.

25 yaşlı Əbu Nabhan evil olub və onun bir övladı var.//Oxu.Az

Screenshot_7.png (360 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR