İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzaya uğrayan təyyarənin qalıqları Aktaudadır

Aktau hava limanı yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qalıqları Qazaxıstandadır və beynəlxalq ekspertlər tərəfindən araşdırılıb.

Musavat.com-un xəbərinə görə, bu barədə mətbuat konfransında Qazaxıstan baş nazirinin müavini, insidentdən sonra yaradılmış hökumət komissiyasına rəhbərlik edən Kanat Bozumbayev məlumat verib.

"Təyyarənin qalıqları Aktauda anqardadır, o, müvafiq beynəlxalq ekspertlər tərəfindən də araşdırılıb. Onlar öz nəticələrini verəcəklər. Həm də, prinsipcə, bu, istintaq qrupunun yurisdiksiyasındadır", - Bozumbayev bildirib.

Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR