İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzaya düşən müğənni ölümlə təhdid edilir

Müğənni Lada Dens keçirdiyi qəzadan sonra hələ də xəstəxanada müalicəsini davam etdirir.

Aldığı travmalara görə həkimlər onun evə buraxılmasını məsləhət görmür.

O, müstəqil hərəkət edə bilmir və praktiki olaraq danışmır. Buna baxmayaraq, sənətçi artıq qəzanın günahkarını cəzalandırmağa çalışır. Lada nəqliyyat şirkətinə qarşı 12 milyon rubl iddia hazırlayır.

Bütün bunlarla yanaşı müğənni bu günlərdə təhdid edilir. Həm sosial şəbəkədə, həm də telefonda ifaçı ölümlə hədələnir. Müğənninin son paylaşımlarından birinin altında qəzanın səbəbkarlarından təzminat tələb etməyi dayandırmasa, onu bıçaqlayacaqları yazılıb.

"Diqqətlə düşünün, siz həyatı və ya pulu qiymətləndirirsiniz" deyə, şərhdə yazılıb.

Beşinci kanalın məlumatına görə, sənətçinin prodüseri Sergey Pudovkin artıq ölümlə hədələmə faktı ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edib. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR