İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzalı binalarda inanılmaz səhlənkarlıq - ŞOK GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 38 044 nəfərə çatıb, 100 mindən çox insan yaralanıb.

Musavat.com xəbər verir ki, Ekologiya, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini, professor Mehmet Emin Birpınar sosial media hesabında diqqətçəkən paylaşımlar edib.

Birpınar Antakyanın peyk görüntüsünü və qəzalı binalarda edilən səhvləri paylaşıb.

63ef6fac18c773206c1f86ec.jpg (116 KB)

Qırmızı rənglə işarələnmiş yerlər ağır zədələnib, narıncı rənglə işarələnmiş yerlər orta dərəcədə, sarı rənglə işarələnmiş yerlər yüngül zədələnib, qara rənglə işarələnmiş yerlər sökülüb, bənövşəyi rənglə işarələnmiş yerlər təcili söküləcək, yaşıl rənglə işarələnmiş yerlər isə zədəsiz kimi qiymətləndirilib.

Zəlzələ bölgəsində dağılan binalarla bağlı paylaşım edən Birpınar binaların inşası zamanı santexnik və elektrikçilərin səhvləri nəticəsində yaranan zərərlərə diqqət çəkib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR