Onlayn ictimai-siyasi qəzet
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının oftalmoloqu Elxan Hüseynovun qeyri-rəsmi nikahda yaşadığı Pərvanə Tahirovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Ali Məhkəmədə keçiriləcək proses oktyabrın 29-na təyin edilib.
Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. O, barəsində bəraət qərarının çıxarılmasını istəyir.
Xatırlatma: Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə P.Tahirova 1500 manat cərimə olunub. Şəki Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Qeyd: Məlumata görə, E.Hüseynov əvvəllər qeyri-rəsmi nikahda yaşadığı və 3 yaşlı övladının anası olan qadının Cinayət Məcəlləsinin 147-ci və 148-ci (təhqir və böhtan) maddələri əsasında məsuliyyətə cəlb olunmasını tələb edib. O bildirib ki, əvvəllər sevgi münasibətində olduğu qadın mətbuatda və "Youtube" platformasında çıxış edərək onun haqqında təhqiramiz və böhtan xarakterli fikirlər bildirib. "Youtube"da yayılmış video məhkəməyə sübut kimi təqdim edilib. Araşdırmalar zamanı məlum olub ki, həkim E.Hüseynov bir neçə il əvvəl Pərvanə Tahirova ilə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayıb və onların bir qızı dünyaya gəlib. Daha sonra E.Hüseynov Pərvanəni və qızını özünə məxsus evə köçürüb. Lakin bir müddət sonra onların münasibəti pozulub və E.Hüseynov keçmiş sevgilisi və övladının evdən çıxmalarını tələb edib. Lakin P.Tahirova Elxanın tələbini rədd edib və evi ona qaytarmayacağını, onun qızını böyütdüyünü deyib. Daha sonra tərəflər arasında məhkəmə çəkişməsi başlayıb. Həmçinin P.Tahirova Elxanın onun yaşadığı evə gizli kamera quraşdırması və sair iddialarla bağlı video çəkərək mediada yayıb. (Pravda.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ