İnsanlara hürriyət, millətlərə istiqlal!

Qeyri-leqal miqrantlar yenidən Almaniyanı basıb

Bu ilin sentyabr ayında Almaniyaya qeyri-qanuni yollarla 21 mindən çox insan gəlib.

Musavat.com xarici mediaya istinadla bildirir ki, 2016-cı ilin fevralından bu yana Almaniyada belə dinamika müşahidə olunmayıb. Mətbuatın məlumatına görə, yeddi il əvvəl Almaniyaya 25 650 miqrant gəlib.

Sentyabrda miqrantlarla bağlı vəziyyətlə dair aktual məlumatı oktyabrın 21-də Daxili İşlər Nazirliyi yayıb. Ümumilikdə, 2023-cü ilin sentyabrında Almaniyada miqrantların sayı 21 366 nəfər artıb.

Qeyd edək ki, miqrant qəbul etmə sahəsində Avropa dövlətlərinin ən "üzüyumşağı" Almaniya və İsveçdir. Bu dövlətlər ölkə ərazisinə hansısa yollarla keçən mühacirlərə startda yox demirlər, hamısını qaçqın düşərgələrinə yerləşdirirlər. Ancaq sonradan müvafiq strukturlar tədricən araşdırma aparır, mühacirlrin əksəriyyətini gəldikləri ölkələrə deportasiya edirlər. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR