Onlayn ictimai-siyasi qəzet
"Qırmızı-sarılar" heyətini gücləndirmək üçün böyük hədəfə yönəlib. Son mövsümdə "Qalatasaray" formasıyla azarkeşlərin qəlbini fəth edən nigeriyalı hücumçu Viktor Osimhen üçün klub pul kisəsini açıb.
Milli.Az xəbər verir ki, məşhur idman jurnalisti Fabrizio Romanonun məlumatına görə, "Qalatasaray" futbolçunun transfer hüququna malik olan "Napoli" klubuna 50+5 milyon avro (bonuslarla birlikdə 55 milyon) rəsmi təklif göndərib. Bu təklif klub tarixinin ən bahalı transfer cəhdi kimi qiymətləndirilir.
"Napoli" rəhbərliyi - prezident Aurelio De Laurentiis başda olmaqla - Osimhenin sərbəst qalma qiymətini 75 milyon avro olaraq müəyyən edib və bu məbləğdən heç bir şəkildə geri addım atmaq niyyətində deyil.
Xəbərlərdə bildirilir ki, Səudiyyə Ərəbistanından Əl Hilal klubu Osimhen üçün 75 milyon avro ödəməyə hazırdır, lakin futbolçu "Qalatasaray"da qalmaq istəyini açıq şəkildə ortaya qoyub.
09 Iyul 2025
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ