Onlayn ictimai-siyasi qəzet
"Fənərbağça" ötən mövsümün ikinci yarısını icarə əsasında komandada keçirmiş Milan Şkrinyarı heyətinə qatmağa çox yaxındır.
İstanbul təmsilçisi bu keçid üçün futbolçunun məxsus olduğu klub - PSJ-yə bonuslarla birlikdə 12 milyon avro ödəyəcək.
"Fənərbağça" ilə üçillik razılaşma əldə edən 30 yaşlı müdafiəçi illik 9 milyon avro məvacib qazanacaq.
Qeyd edək ki, Slovakiya millisinin üzvü olan Şkrinyarla ötən mövsüm A Seriyasının çempionu "Napoli" də yaxından maraqlanırdı. /Oxu.Az
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ