İnsanlara hürriyət, millətlərə istiqlal!

Qeyri-hökumət təşkilatları üçün “Qış məktəbi” təşkil olunacaq

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 dekabr 2024-cü il tarixlərdə Şamaxı şəhərində mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və fiziki şəxslər üçün “Qış məktəbi” keçiriləcəkdir.

Musavat.com xəbər verir ki, “Qış məktəbi” MYS sahəsində məlumatlılıq səviyyəsinin artırılması, effektiv layihə idarəedilməsi və strategiya qurma bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilir.

İştirakçılar “Qış məktəbi”ndə MYS-nin prioritet istiqamətləri, eləcə də mədəniyyət siyasəti ilə bağlı biliklər əldə edəcək, MYS sahəsində şəbəkələşmə imkanı qazanacaqlar.

İştirak qeydiyyat vasitəsilə mümkündür. Qeydiyyat 11 dekabr 2024-cü il tarixdə saat 23.59-a qədər aktiv olacaq.

Qeydiyyat üçün: https://winterschool.culture.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR