Onlayn ictimai-siyasi qəzet
Qətər Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında anklavda əldə olunan atəşkəs razılaşmasının ilk 10 günü ərzində Qəzza zolağına 12,5 min ton yanacaq göndərəcək.
Musavat.com xəbər verir ki, məlumatı Əmirliyin Xarici İşlər Nazirliyi yayıb.
Məlumatda qeyd olunur ki, əlahəzrət Əmir Şeyx Təmim bin Həməd Al Taninin göstərişlərinə uyğun olaraq, Qətər Dövləti atəşkəs razılaşmasının qüvvəyə mindiyi ilk 10 gün ərzində Qəzza zolağına hər gün 1250 ton yanacaq göndərmək üçün quru körpüsünü işə salıb.
Yanvarın 20-də Qəzza zolağı ilə İsrail arasında sərhəddə yerləşən Kerem Şalom keçid məntəqəsindən keçməklə 25 yanacaq dolu yük maşını anklava gəlib. Əmirliyin Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Qətər tərəfindən ödənilən yanacaq xəstəxanaların, köçkünlərin yerləşdiyi mərkəzlərin elektrik enerjisi ilə təmin edilməsinə və əhaliyə əsas xidmətlərin göstərilməsinə sərf olunacaq.
Musavat.com
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ