Onlayn ictimai-siyasi qəzet
Rusiya Qərbin sanksiyalarına baxmayaraq Hindistanın almaz bazarında mövcudluğunu qoruyub və hətta tədarükünü 22 faizdən çox artırıb.
Musavat.com xəbər verir ki, bu Rusiya Ticarət və Sənaye Nazirliyinin məlumatlarında əksini tapıb.
Nazirliyin məlumatına görə, 2024-cü ilin yanvar-iyun ayları ərzində Rusiya almazlarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə (3339,52 min karat) 22,23 faiz artaraq 4 081,82 min karat təşkil edib.
Hindistan Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, eyni dövrdə Hindistana almaz tədarükündən əldə edilən gəlir 15,22 faiz azalıb - 613,72 milyon dollardan 520,33 milyon dollara qədər. Nazirlik gəlirin azalmasının qlobal bazarda qiymətlərin ucuzlaşması ilə bağlı olduğunu deyir. Bildirilir ki, qiymətlərin enməsindən ən çox Belçika zərər çəkib (azalma 32 faiz).
Qeyd edək ki, Yeddilik Qrupu (G7) ölkələri 2024-cü il yanvarın 1-dən Rusiyadan zərgərlik brilyantlarının idxalına məhdudiyyətlərin tətbiq olunduğunu elan edib. Martın 1-dən çəkisi 1 karat və daha çox olan rus almazlarının qəbul edilməməsi qərara alındı və 2024-cü il sentyabrın 1-dən bu tavanı 0,5-ə (1 karat - 0,2 q) endirəcəklərinə söz verdilər.
Daha sonra məhdudiyyətlər yumşaldıldı. 1 sentyabr 2025-ci il tarixinədək Rusiyadan kənarda kəsilmiş, çəkisi 1 karat və ya daha çox olan rus almazlarının ABŞ-a tədarükünə, əgər 2024-cü il martın 1-dən sonra Rusiyadan ixrac edilməmişsə, icazə verilir. Aİ daha əvvəl oxşar qərar qəbul etmişdi.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ