İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin Gürcüstanda seçkilərə müdaxiləsi iflasa uğrayacaq - RƏY

Avropanın və ABŞ-nin ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışması, hakimiyyət dəyişikliyi aparmaq üçün çoxqütblü oyunlar qurması acı nəticələrə gətirib çıxarıb. Ona görə də Qərbin Gürcüstanda keçiriləcək seçkilərə müdaxiləsi də iflasa uğrayacaq.

Bu fikirləri "Report"a Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar vəziyyət haqqında danışarkən Bakı Dövlət Universiteti Redaksiya-nəşriyyat işi kafedrasının müdiri, əslən Gürcüstandan olan Knyaz Aslan deyib.

Onun sözlərinə görə, adətən, xüsusi institutlar Qərbin hegemonluq maraqlarını həyata keçirmək məqsədilə siyasi proseslərə cürbəcür müdaxilə mexanizmləri işləyib hazırlayırlar:

"Qərb konkret ölkənin, müəyyən xalqın xarakterik xüsusiyyətlərinə uyğun tərzdə hadisələri içəridən istədiyi məcraya yönləndirməyə səy göstərir. Bu zaman təbii olaraq mövcud hakimiyyətin bəzi addımlarını qəbul etməyən müxalifət partiyalarının liderlərindən, narazı kütlənin gücündən yararlanmağa çalışır, bir növ seçki şousu nümayiş etdirirlər. Bəllidir ki, Gürcüstan keçiriləcək parlament seçkilər dünyanın müxtəlif geosiyasi güc mərkəzlərinin nəzarəti altındadır. Onlar bu taleyüklü siyasi proseslərə təsir göstərmək niyyətində olduqlarını qətiyyən gizlətmək istəmirlər. Lakin hələ ki həmin güc mərkəzlərinin seçkilərə hansı formada təsir göstərmək iqtidarında olduğunu, bu təzyiqi və təsiri hansı şəkildə icra edə bilmək mexanizmlərini hazırladıqlarını dəqiq müəyyənləşdirmək mümkün deyil".

0ed1c58b-26d2-3917-b92f-21cbc88a.jpg (196 KB)
Knyaz Aslan

K.Aslan bildirib ki, ənənəvi olaraq, Gürcüstanda olan qərbyönümlü qüvvələr bu mərhələdə açıq fəaliyyətə başlayıblar:

"Digər tərəfdən ölkənin hakim partiya nümayəndələri fərqli mövqedən çıxış edərək əsasən milli maraqların qorunmasını, müstəqil daxili və xarici siyasətin yürüdülməsini prioritet sayırlar. Bununla yanaşı, Qərb Gürcüstan hökümətini iqtisadi sanksiyalarla hədələməkdən də çəkinmir. Belə bir təəssürat yaranır ki, Gürcüstanda hazırkı hakimiyyətin cəzalandırılması, əhalinin hakimiyyətə qarşı qaldırılması istiqamətində işlər aparılır. Bu baxımdan Gürcüstanda hakimiyyət dəyişikliyi Azərbaycanla birgə icra olunan mühüm iqtisadi layihələrə də ciddi təsir göstərə bilər".

Ekspert hesab edir ki, Cənubi Qafqazda tarixi Azərbaycan torpaqları hesabına yaradılan, bölgədə ən kiçik dövlət olan indiki Ermənistan öz çirkin siyasəti ilə sülh və sabitliyin yaradılması prosesinə ciddi əngəl törədir:

"Ermənistanın 30 illik təcavüzkarlıq siyasətinə son qoyan, işğal altında qalan torpaqlarını güc yolu ilə erməni işğalından azad edən Azərbaycan bu gün yerləşdiyi coğrafi regionda ən güclü dövlət olmaqla yanaşı, həm də dünyada ən nüfuzlu söz sahiblərindən biridir. Azərbaycanın təklif etdiyi sülh sazişindən boyun qaçırmaq niyyətində olan Ermənistan bəzi Qərb dövlətlərinin anti-Azərbaycan mövqeyindən faydalanmaqla yanaşı, həm də bəzi qonşularını yenə də öz tərəfinə çəkməyə çalışır. Bu ikiüzlü ölkə Gürcüstanla da siyasi manevrlər etməyə cəhd göstərir. Ermənistan Baş nazirinin, digər rəsmi şəxslərin dəfələrlə Tiflisdə səfərdə olmaları, mehriban qonşuluq, dostluq xülyalarından dəm vurması, lakin pərdəarxası riyakar siyasət yürütməsi, bədxah oyunlar qurmağa çalışması hər kəsə çox yaxşı bəllidir. Bu mənada Cənubi Qafqazda sülhün və sabitliyin bərpa olunmasında Ermənistan həmişəki kimi dağıdıcı rol oynayır və bu siyasi konyuktura gec-tez iflasa məhkumdur".

9737e8fe-a3a6-3c25-a6f7-51e46ea7.jpg (79 KB)

K.Aslan vurğulayıb ki, Gürcüstanın bugünkü hakimiyyəti, yüksək vəzifəli məmurları, əqidəsindən asılı olmayaraq müxtəlif siyasi partiyaların liderləri, nüfuzlu söz sahibləri, görkəmli ziyalıları və gürcü xalqının mütləq əksəriyyəti Gürcüstanın parlaq gələcəyini haqlı olaraq Azərbaycanla sıx əməkdaşlıqda, möhkəm təməllər üzərində qurulan işbirliyində, strateji tərəfdaşlıqda görürlər:

"İndiyədək iki müstəqil dövlət arasında 160-dan çox rəsmi sənəd imzalanıb ki, bunlar iqtisadiyyat, energi, nəqliyyat, elm, təsil, mədəniyyət və digər sferaları əhatə edir. Bu anlamda tam aydınlığı ilə vurğulamalıyıq ki, Gürcüstanda mövcud hakimiyyətin uzunömürlü olması Azərbaycanın maraq dairəsindədir. Eyni zamanda Gürcüstanın indiki hakimiyyəti də Azərbaycanla hərtərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə ciddi səy göstərirlər. Çünki Gürcüstanda da anlayırlar ki, bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycan həm də regiondan dünyaya açılan qapıdır. Hazırda Azərbaycan Gürcüstana iqtisadi sahədə böyük həcmdə investisiyalar qoyan əsas ölkələrdən biridir".

Prezident İlham Əliyevin sitatını xatırladan ekspert söyləyib ki, Gürcüstan-Azərbaycan əlaqələri artıq regional çərçivədən çıxıb, bugünkü birgə təşəbbüslər beynəlxalq əhəmiyyətə malikdir:

"Azərbaycan müasir dövrdə Gürcüstanın dünya iqtisadiyyatına inteqrasiyasına mühüm töhfə verir. Gürcüstan isə Azərbaycanın mallarının Qərb istiqamətinə ixracına, eyni zamanda Şərqdən gətirilən malların Qərb bazarlarına çatdırılmasında əsas rol oynayır. Bu baxımdan Azərbaycanla Gürcüstan regionun ən çox inkişaf etmiş dövlətləri sırasındadır. Ona görə də Gürcüstan seçdiyi yolla getsə, öz parlaq gələcəyini daha çox təmin etmiş olar".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR