Onlayn ictimai-siyasi qəzet
Ötən ilki konfransdan fərqli olaraq, bu ilki konfrans daha geniş təşkil olunub. 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.
Bu fikirləri Musavat.com-a Qərbi Azərbaycan İcması” Qəyyumlar Şurasının sədri Mürvət Həsənli deyib.
O bildirib ki, çıxış edənlərin əksəriyyəti Qərbi Azərbaycanın tarixi ilə məlumatlı olduqları üçün ölkələrinə geri döndükdən sonra bu haqda daha geniş danışmaq imkanları olacaq:
"Bu da bizim gələcəkdə Qərbi Azərbaycana ləyaqətli qayıdışımızı təmin edəcək. İnşallah, yaxın zamanda doğma torpaqlarımıza qayıdacağıq, ata-babalarımızın məzarlarını ziyarət edəcəyik və onların ruhları dolaşan torpaqlarda həyatımıza davam edəcəyik. Qərbi Azərbaycani tezliklə görmək arzusu ilə...", - deyə M.Həsənli əlavə edib.
Nigar HƏSƏNLİ,
Musavat.com
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ