Onlayn ictimai-siyasi qəzet
"Qərbi Azərbaycan İcmasının Ermənistanın ərazisinə qarşı heç bir iddiası yoxdur. İcmanın məqsədi azərbaycanlıların dinc şəkildə Ermənistanda dədə-baba yurdlarına qayıdışını təmin etməkdən ibarətdir".
Musavat.com-un xəbərinə görə, bu fikirlər İcmanın yaydığı bəyanatda öz əksini tapıb.
Bildirilib ki, Qərbi Azərbaycan İcmasının Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşməsinə, bu günlərdə Varşavada ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində tədbir keçirməsinə, Haaqada ATƏT-in milli azlıqlar üzrə komissarlığının tədbirində iştirakına Ermənistanın verdiyi reaksiya bir daha bu dövlətin siyasətində azərbaycanlılara qarşı olan etnik nifrətin səviyyəsini göstərir. Bununla, Ermənistan, həm də söz azadlığına və vətəndaş cəmiyyətinin fəaliyyətinə nə qədər dözümsüz yanaşdığını nümayiş etdirib.
"Ermənistan hökuməti dialoqdan qaçmaq üçün guya İcmanın ona qarşı ərazi iddiası irəli sürdüyünü iddia edir. Qərbi Azərbaycan İcması bir daha bildirir ki, onun Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı heç iddiası yoxdur və yeganə məqsədi azərbaycanlıların dinc şəkildə Ermənistanda dədə-baba yurdlarına qayıdışını təmin etməkdən ibarətdir", - bəyanatda vurğulanıb.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ