İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərb artıq əvvəlki Qərb deyil” – Ursula fon der Lyayen geosiyasi dönüşü etiraf etdi

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen  Qərbin köhnə formasının artıq mövcud olmadığını bildirib.

Musavat.com xəbər verir ki, "Die Zeit" qəzetinə verdiyi müsahibədə Ursula fon der Lyayen Qərbin əvvəlki modelinin sona çatdığını deyib:

“Bizim tanıdığımız formada Qərb artıq yoxdur. Dünya artıq geosiyasi baxımdan da qlobusa çevrilib. Bu gün dostluq şəbəkələrimiz bütün dünyanı əhatə edir – bunu gömrük tarifləri ilə bağlı debatlarda da aydın görə bilərsiniz”.

Jurnalistin “Avropa İttifaqı Qərb dünyasının yeni liderinə çevrilibmi?” sualına cavab verən fon der Lyayen Brüssel ilə Vaşinqton arasında daimi əməkdaşlığa inandığını bildirib:

“Mən ABŞ-ın böyük dostu və qətiyyətli atlantistəm. Amma eyni zamanda digər tərəfdaşlarla əlaqələri də inkişaf etdirməyin vacibliyini anlayıram”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR