İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayevanın səhhətində irəliləyiş var

Millət vəkili Qənirə Paşayevanın səhhətində problem yaranıb və o, Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Musavat.com-un məlumatına görə, millət vəkili bir müddət əvvəl ölkədə yayılan ağır respirator infeksiyaya yoluxub.

Kəskin boğaz ağrısı, qulaq ağrısı ilə müşayiət olunan xəstəliyə görə Qənirə Paşayevaya xəstəxanada müalicə almaq təklif olunsa da, ordumuzun Qarabağdakı separatçılara qarşı lokal antiterror tədbirləri günlərində ağır rejimdə çalışan millət vəkili razılaşmayıb. Nəticədə qrip infeksiyası beyninə fəsad verib.

Millət vəkilinin müalicəsinə Türkiyədən dəvət olunan həkimlər də qoşulub. Mərkəzi Klinikanın baş həkimi Kamran Musayevin Musavat.com-a bildirdiyinə görə, dünəndən bəri Qənirə Paşayevanın səhhətində müsbət irəliləyişlər qeydə alınmaqdadır.

"Yeni Müsavat" Media Qrupu olaraq dəyərli millət vəkilimizə keçmiş olsun deyir, çox tezliklə sağlamlığına qovuşmasını arzulayırıq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR