İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayevadan hər kəsə "SOS" çağırışı: "Qardaşlarımıza çadır lazımdır! Kimin varsa, gətirsin!"  

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva icra qurumlarına və vətəndaşlara Türkiyə ilə bağlı müraciət edib.

Musavat.com xəbər verir ki, Qənirə Paşayeva müraciətində Türkiyədə zəlzələdən zərər çəkənlərə çadır lazım olduğunu bildirib.

Qənirə Paşayeva bildirib ki, kim çadırla dəstək olarsa, onun adını sosial şəbəkələrdəki hesabında yazıb, şəxsən təşəkkürünü bildirəcək. 

Millət vəkili onu da qeyd edib ki, çadırı pulu ilə vermək istəyənlərə də ödəniş etməyə hazırdırlar. 

Həmin çağırış müraciətinin video variantını təqdim edirik:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR