İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva və könül dostları Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım göndərdi - VİDEO, FOTO

MM Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva və könül dostları qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı, növbəti dəfə yardım kampaniyasına qoşulublar.

Musavat.com xəbər verir ki, komitə sədri və könül dostları Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan yardım kampaniyasını örnək alaraq, Adıyaman, Malatya, Qaziantep və Hatayda zəlzələdidələrə yardımda bulunub.

Q.Paşayeva və könül dostları isti xalçalar, habelə zəruri ərzaq məhsullarıt ədarük edib, aidiyyatı üzrə təhvil veriblər.

Bütün xeyirxah insanlara, könül dostlarına təşəkkürlər!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR