İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Şükrü Bəydəmirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb - FOTOLAR

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin Azərbaycanda səfərdə olan Biləcik Şeyx Ədəbalı Universitetinin rektoru Prof.Dr.Şükrü Bəydəmirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Musavat.com xəbər verir ki, Biləcik Şeyx Ədəbalı Universitetinin rektoru Prof.Dr.Şükrü Bəydəmir, Universitetin Baş katibi Özgür Özcan, Beynəlxalq əlaqələr koordinatoru Murat Aqırman və “Oxford YÖS Kursları” müdüri, araşdırmaçı-yazar İbrahim Yıldırımın iştirak etdiyi görüşdə Q.Paşayeva “bir millət, iki dövlət” olan Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərdə daha da inkişaf etməsinin sevindirici olduğunu deyib. Özəlliklə, tarixi “Şuşa Bəyannaməsi”nin yaratdığı yeni imkanlara vurğu edən Q.Paşayeva, Azərbaycan universitetləri ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edərək, Şeyx Ədəbalı Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlığın getdikcə daha da dərinləşəcəyinə inamını ifadə edib.

Komitə sədri təhsil müəssisələrində ortaq türk tarixi, ədəbiyyatı və ümumən mədəniyyətinin tədrisinin vacibliyini də qeyd edib.

Görüşdə Türk dünyasının ortaq qayğıları ətrafında da geniş fikir mübadiləsi aparılıb və vurğulanıb ki, birliyimizin daha da güclənməsi türk gənclərinin harada doğulub harada yaşamasından asılı olmayaraq, ortaq keçmişdən ortaq gələcəyə gedən yola daha çox yiyələnmələrindən keçir. Azərbaycanı çox sevdiyini deyən Biləcik Şeyx Ədəbalı Universitetinin rektoru, professor Şükrü Bəydəmir Azərbaycan başda olmaqla, qardaş ölkələrlə əməkdaşlığa böyük önəm verdiklərini deyib. Rektor Azərbaycanın 44 günlük müharibədəki tarixi Zəfərindən, Qarabağ və Şərqi Zəngəzura quruculuq, abadlıq ruhunun, təhsil və mədəniyyətin dönüşündən sevindiklərini bildirib və Türkiyənin bütün bu uğurları öz uğuru qədər yüksək qarşıladığını söyləyib. Rəhbərlik etdiyi universitetin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini deyən Biləcik Şeyx Ədəbalı Universitetinin rektoru bugünlərdə Bakı Dövlət Universiteti ilə Türkiyənin Şeyx Ədəbalı Universiteti arasında əməkdaşlıq memorandumu imzalandığını bildirib. O, Biləcik Şeyx Ədəbalı Universitetində təhsil alan azərbaycanlı tələbələrin Biləcikdə özlərini öz evlərindəki kimi hiss etmələri, yüksək təhsil ala bilmələri üçün yetərincə geniş imkanlar yaradıldığını deyib.

Görüşün sonunda Q.Paşayeva rektora və nümayəndə heyəti üzvlərinə Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.

Biləcik Şeyx Ədəbalı Universitetinin rektoru Prof.Dr. Şükrü Bəydəmir səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.
Görüşdə “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR