İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid anaları ilə görüşüb - FOTOLAR

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Vətən müharibəsinin şəhidləri Rəşad Şiriyev, Rəsul Sadıqov və Əkbər Hüseynovun anaları ilə görüşüb.

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisdə növbəti vətəndaş qəbulu günü Vətən Müharibəsinin şəhid əsgərləri –“Vətənə xidmətə görə” ordeni və bir neçə medalla təltif olunmuş Rəşad Şiriyevin anası Səadət Şiriyeva, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Rəsul Sadıqovun anası Elnarə Allahverdiyeva, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş Əkbər Hüseynovun anası Tahirə Hüseynova ilə görüşüb.

Şəhid əsgərlərin anaları ilə ətraflı söhbət edən Q.Paşayeva, onların ürək sözlərini dinləyib, igid əsgərlərimizin həyat və döyüş yolu ilə, ailələrinin qayğıları ilə yaxından maraqlanıb.

Komitə sədri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək diqqət-qayğısından, həssasiyyətindən söz açıb, bu həssasiyyətin hər bir Millət vəkili, hər bir dövlət qulluqçusu üçün də əsil örnək olduğunu deyib.

Q.Paşayeva şəhid anaları ilə hər bir görüşün onun üçün unudulmaz görüş olduğunu bildirib, şəhid əsgərlərimizin əziz ruhuna dərin ehtiramını yetirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR