İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Birinci Qarabağ müharibəsinin veteranları ilə görüşüb - FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva I Qarabağ müharibəsinin veteranları – “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədr müavini Mübariz Quliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist, esseist Rəfail Tağizadə və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nadir Azməmmədovla görüşüb, onları müvafiq olaraq, 50, 65 və 70 illik yubileyləri münasibəti ilə təbrik edib, uğurlar arzulayıb.

Milli Məclisdə baş tutan görüşdə yubilyarların ictimai və yaradıcı fəaliyyət yenilikləri, “Şuşa İli”ndə həyata keçirdikləri və “Heydər Əliyev İli”ndə həyata keçirməyi planlaşdırdıqları ictimai-mədəni və yaradıcı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.

O, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi, ərazi bütövlüyümüzün qorunması uğrunda istər silahla səngərdə, istərsə, qələmlə ədəbi-bədii yaradıcılıq meydanında mübarizə aparan, həqiqətlərimizi təbliğ, tərənnüm edən insanların dövlətimiz, cəmiyyətimiz tərəfindən həmişə məhəbbətlə qarşılandığını, diqqət-qayğı ilə əhatə olunduğunu vurğulayıb. Komitə sədri yubilyarlar M.Quliyev və R.Tağı­zadənin bilavasitə silaha sarılaraq mübarizə apardığını deyərək, hər ikisinin mülki həyatda da diqqətəlayiq fəaliyyətlə seçilməsindən məmnunluq ifadə edib. Q.Paşayeva M.Quliyevin işdünyasında və ictimai fəaliyyətdə, mədəniyyətyönümlü xeyriyyə aksiyalarında, R.Tağızadənin ədəbi yaradıcılıqda, o cümlədən peşəkar tərcümə işində xidmətlərini xüsusi qeyd edib.
R.Tağızadə yeni kitablarını Q.Paşayeva üçün imzalayıb.

Əməkdar mədəniyyət işçisi N.Azməmmədovun ölkəmizin tanınmış aydınlarından biri olduğunu qeyd edən Q.Paşayeva, onun bir sıra filmlərin, o cümlədən “Sizi dünyalar qədər sevirdim”, “Biz qayıdacağıq”, “Üçüncü günün adamı”, “Şeytan göz qabağında”, “Niyyət” və b. bədii filmlərin araya-ərsəyə gəlməsində iştirak etdiyini, habelə Azərbaycan Dəmir Yolunun tarixi inkişaf mərhələlərindən bəhs edən “Dəmir yolunda dəmir intizam”, “Heydər Əliyev dövründə dəmir yolunun inkişaf tarixi” və digər sənədli filmlərin rejissoru olduğunu xatırladıb.
Yubilyarları bir daha təbrik edən Q.Paşayeva onlara hədiyyələr və Komitə adından Təbrik məktubu təqdim edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR