İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbiristanlıqda döyülən gənc qadın başına gələn dəhşəti DANIŞDI

Türkiyədə sevgilisi Həsən Sevinçer tərəfindən ölümcül döyülən 23 yaşlı Rahime Edis 5 gündür müalicə aldığı reanimasiyadan çıxıb.

Musavat.com xəbər verir ki, Edis reanimasiyadan çıxdıqdan sonra başına gələnləri danışıb.

"Məni döyə-dəyə qəbiristanlığa apardı Orada qaçmağa çalışdım, bacarmadım. Başıma daşla vurdu"-, deyə 23 yaşlı gənc bildirib.

İddialara görə, Həsən Sevinçerlə Rahime Edis arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı Sevinçer avtomobildəki dəmir parçası ilə sevgilisini vurub, dahsa sonra  yumruqlayıb. Onu döydükdən sonra bıçaqla daxəsarət yetirib. Həsən Sevinçer dostu Mustafa Gökerlə birlikdə Rahime Edisi avtomobilə mindirərək evinə aparıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR