İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbələli abituriyentlər UNEC-də olublar

Region məktəblilərinin UNEC-ə səfəri davam edir.

Musavat.com xəbər verir ki, UNEC-in budəfəki qonaqları Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin subbakalavrları və Express Təhsil Mərkəzinin abituriyentləri olub.

Qəbələli abuturiyentlərlə UNEC-in əsas, 2 və 3 saylı tədris binalarında görüşlər keçirilib.

Əsas tədris binası ilə tanışlıq zamanı İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova abituriyentlərə UNEC-dəki ixtisaslar, elektron tədris prosesi, ikili diplom və mübadilə proqramları, xüsusi təqaüd imkanları, tələbələrin sosial həyatı, idman zalları, kitabxanalar barədə ətraflı məlumat verib.

Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyev isə  rəhbəri olduğu fakültədəki ixtisaslar və karyera imkanları ilə bağlı abituriyentləri məlumatlandırıb.

Görüş zamanı UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin bu ilki məzunu Məleykə Abuşova universitetdə tələbələr üçün yaradılmış şərait, imtahan prosesi, tələbələrin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı öz təəssüratlarını bölüşüb.

Abituriyentlər UNEC Psixoloji Xidmət Mərkəzində də olublar. Mərkəzin rəhbəri Şəfahət Abdullayeva onlara imtahanöncəsi stressin idarəolunması ilə bağlı tövsiyələr verib.

Əsas tədris binası ilə tanışlıqdan sonra abituriyentlər 3 saylı tədris binasında Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərovla görüşüblər və orada tələbələr üçün yaradılan şəraitlə tanış olublar.

Abituriyentlərin 2 saylı tədris binasındakı görüşləri Rus İqtisad Məktənin dekanı dosent Mənsur Bərxudarovla olub. M.Bərxudarov abituriyentlərlə çay süfrəsi arxasında görüşərək, onlara fakültədəki ixtisaslar və tədris prosesi barədə məlumat verib.

Görüşün sonunda Express Təhsil Mərkəzinin rəhbəri Rəhman Xasməmmədov abituriyentlərin əl işlərindən ibarət olan “Xarı bülbül” xatirə hədiyyəsini UNEC-ə təqdim edib.

Qəbələli abituriyentlər UNEC-dən xoş təəssüratlarla ayrılblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR