İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbələdə GÜCLÜ YANĞIN

Qəbələ rayonunun Solquca kəndi yaxınlığında açıq ərazidə 3 ha sahədə kol-kos və quru ot yanıb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

Yanğın hadisəsi Qəbələ rayonunun Solquca kəndi yaxınlığında, dağlıq-meşəlik ərazidə qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğın davam edir. (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR