Onlayn ictimai-siyasi qəzet
ABŞ Kanada ilə ticarət sazişi üzrə dialoqu davam etdirməkdən imtina edir.
Musavat.com xəbər verir ki, bu açıqlamanı president Donald Tramp Truth Social hesabında yerləşdirib: "Biz Kanada ilə bütün ticarət müzakirələrini dayandırırıq, qərarlar dərhal qüvvəyə minir".
Bu addımı Tram Kanadanın rəqəmsal xidmətlərə vergi tətbiq etmək qərarından sonra atdığını elan edib: "Bu hədsiz vergiyə əsaslanaraq, biz bu gündən etibarən Kanada ilə BÜTÜN ticarət danışıqlarını dayandırırıq. Yaxın yeddi gün ərzində Amerika Birləşmiş Ştatları ilə iş görmək üçün Kanadaya ödəyəcəkləri tariflər barədə məlumat verəcəyik".
Tramp Kanadanı “ticarət üçün çox çətin ölkə” kimi tənqid edərək, Kanadanın Amerika süd məhsullarına tariflərinin illər ərzində 400 faizə çatdığını qeyd edib.
Musavat.com
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ