İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qazprom”dan maraqlı məlumat: Ukrayna ərazisində...

“Qazprom” son 1 ayda Ukrayna ərazisindən “Suca” qazölçmə stansiyasının göstəricilərinə əsasən, Avropaya 39,2 milyon kubmetr təbii qaz nəql edib. Bu da əvvəlki göstəricidən, demək olar ki, 9,5% çoxdur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya şirkətinin rəsmi nümayəndəsi Sergey Kupriyanov danışıb.

Ötən il may ayının sonundan müəyyən günlər istisna olmaqla, Ukraynanın qaz nəqli sistemi ilə Avropaya Rusiya qazının nəqli sutkada 40-43 milyon kubmetr səviyyəsində olsa da, bu il yanvarın 4-dən, həmin rəqəm 38 milyon kubmetrdən aşağı düşüb.

Sonra yanvarın 18-də 32,6 milyon kubmetr təşkil edib, iki gün sonra 25% azalaraq 24,4 milyon kubmetr, fevralın 1-dən isə təxminən 30-31 milyon kubmetr səviyyəsinə yüksəlib.

2022-ci ilin mayında Ukrayna Rusiya qüvvələrinin nəzarəti altında (Luqansk ərazisində) olduğunu əsas gətirərək Soxranovka stansiyası vasitəsilə tranzit üçün qazın qəbulunu dayandırıb. Nəticədə, Avropaya qaz tranziti üçün yalnız bir giriş - “Suca” stansiyası qalıb. Qazprom bəyan edib ki, bütün həcmlərin “Suca”ya ötürülməsi texnoloji cəhətdən mümkün deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR