İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxlar olimpiadada boks yarışlarının hakimliyindən narazıdırlar

Qazaxıstan Milli Olimpiya Komitəsi PBU-ya (Paris boxing Unit) qazax boksçularının döyüşlərində işləyən bəzi hakimlərlə bağlı şübhələrini bildirib və qərəzlilik mövzusuna diqqət yetirməyi xahiş edib.

Musavat.com olympic.kz portalına istinadla xəbər verir ki, Qazaxıstan MOK bu barədə məlumat yayıb.

“Olimpiya Oyunlarında boks turnirinin təşkilatçıları iradları nəzərə aldılar və vəziyyətə baxacaqlarına söz verdilər. Qeyd olunan hakimlərə qarşı icraat başlanıb,-MOK-un bəyanatında deyilir:

Lakin bu prosedur heç bir şəkildə döyüşlərin nəticəsinə təsir etməyəcək.

“Reqlamentə əsasən, keçmiş oyunların nəticələrinə baxılmayacaq. Lakin onların işində nöqsanlar aşkar olunarsa, hakimlər vəzifədən kənarlaşdırıla bilər”, - deyə komitədən bildirilib.

Onu da qeyd edək ki, bu detal azərbaycalnı idman həvəskarlarının da nəzərindən qaçmayıb. Doğrudan da bəzi hallarda hakimlərin qərarlarının təkrarları nümayiş etdirilən döyüş epizodlarının əleyhinə olduğu açıq-aşkar görünür. Məsələn, hər raunddan sonra təkrarı göstərilən epizodlarda açıq-aydın görünür ki, mavi geyimli idmançı rəqibinə ard-arda güclü zərbələr endirir, ancaq sonda hakimlər qələbəni qırmızı formalı boksçuya verirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR