İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanlı məmur rusiyalı təbliğatçıların nasizm ittihamlarına cavab verdi

Qazaxıstanın Xarici İşlər Nazirliyi rusiiyalı təbliğatçıların iddialarının Rusiya hakimiyyətinin diqqətindən kənarda qalmamalı olduğunu bəyan edib.

Musavat.com Qazax24.info-ya istinadən xəbər verir ki, Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko rusiyalı təbliğatçıların Qazaxıstanda “nasist məhkəmələrinin” başlaya biləcəyi ilə bağlı çıxışından danışıb.

O bildirib ki, Qazaxıstanın Xarici İşlər Nazirliyinin rəhbərliyi və digər liderlər, o cümlədən parlament palatalarının spikerləri Rusiyanın müxtəlif “danışan başçılarının” bu cür şərhləri, bəyanatları barədə artıq bir neçə dəfə çıxış ediblər.

“Əvvəla, təbii ki, mən heç bir nasist prosesinə rast olmamışam, sadəcə, ona görə ki, onlar bizim ölkədə yoxdur. Bu cür bəyanatlara gəlincə, dövlət başçısı bu mövzuda, o cümlədən Rusiyada olarkən prezident Vladimir Putinin iştirakı ilə çıxış edib. Hesab edirik ki, birincisi, bunlar Rusiya Federasiyasının rəsmi mövqeyini əks etdirmir. İkincisi, onlar Qazaxıstanla Rusiya arasında ənənəvi sıx münasibətlərə xələl gətirirlər”, - Vasilenko bildirib.

Nazir müavini deyib ki, bu cür mövqelərin əsas federal televiziya kanallarından birində səsləndirilməsi də onun Rusiya Federasiyasının hakimiyyət orqanlarının reaksiyasına layiq olmasına kömək edir”.

Xatırladaq ki, “Vladimir Solovyovla axşam” siyasi tok-şousunun efirində rusiyalı təbliğatçılar Qazaxıstanın “problemi”ndən narahat olublar. Proqramın qonaqlarından biri bildirib ki, Qazaxıstanda “nasist məhkəmələri” başlaya bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR