İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın ən böyük yatağında neft hasilatı dayandırıldı

Bu gündən Qazaxıstanın ən böyük neft-qaz yatağı olan “Kaşaqan”da planlı təmir işlərinə başlanılıb. Musavat.com Qazaxıstan Energetika Nazirliyinə istinadən xəbər verir ki, təmir müddətində yataqda hasilat işləri dayandırılacaq.

Qeyd edək ki, yataqda planlı təmir işlərinin ilkin olaraq oktyabrın 3-də başlaması nəzərdə tutulsa da, oktyabrın 7-nə təxirə salınıb.

Qazaxıstanın energetika naziri Almasadam Satkaliyevin dediyinə görə, “Kaşaqan”da təmir 30-40 gün davam edəcək: “Planlaşdırılan təmir işləri Energetika Nazirliyi ilə 40 günə razılaşdırılıb, lakin konsorsiumun rəhbərliyi (NCOC - İF) təmiri daha qısa müddətdə, 30 günə başa çatdırmağa çalışacaqlarını deyir”.

“Kaşaqan” Xəzər dənizinin Qazaxıstan sektorunda ilk dəniz neft-qaz yatağı olmaqla yanaşı, ölkənin ən böyük beynəlxalq investisiya layihəsidir. Onun çıxarıla bilən ehtiyatları 9 milyarddan 13 milyard barel neftə qədərdir. Yataqda kommersiya hasilatı 2016-cı il noyabrın 1-dən başlayıb. 2023-cü ildə yataqdan 18,8 milyon ton neft hasil edilib.

NCOC-un səhmdarları KMG Kashagan B.V. (16,877%), Shell Kazakhstan Development B.V. (16,807%), Total EP Kazakhstan (16,807%), AgipCaspian Sea B.V. (16,807%), ExxonMobil Kazakhstan Inc. (16,807%), CNPC Kazakhstan B.V. (8,333%), Inpex NorthCaspian Sea Ltd. (7,563%) şirkətləridir.

Onu da bildirək ki, Qazaxıstan 2024-cü ilin sentyabrına qədər OPEK+ çərçivəsində üzərinə götürdüyü limitdən xeyli artıq neft hasil edib. Ölkə tərəfdaşları qarşısında artıq hasilatı oktyabrdan etibarən kompensasiya etməyə dair vəd verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR