İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın baş müftisi: “Şəriət niqabı vacib buyurmur”

Qazaxıstanın ali müftisi Navruzbay Taqanulı Nazirlər Kabinetinin iclasında çıxış edərək qeyd edib ki, Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi qanunvericilik şöbəsi deyil, sadəcə olaraq əhaliyə din normalarını izah edən idarədir.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, baş müfti qadınların örtülü geyinməsi məsələsinə dair danışaraq deyib: “Biz Qazaxıstanın QMRİ olaraq dinin əsaslarını təbliğ edirik. Başa düşməliyik ki, niqab üzü örtən libasdır. Şəriət belə paltar geyinməyi vacib buyurmur. Biz qanunlara tabe oluruq”.

O, əlavə edib ki, dua oxuyan hər bir qadının hüququ var: hicab taxmaq istəyirsə, buna haqqı çatır.
“Məktəbli qız həddi-buluğa çatıbsa, deməli, başını örtür. Amma məktəbin öz qaydaları var. Bilik əldə etmək isə insanların eyni məsuliyyətidir. Uşaqlar savadsız olmamalıdırlar. Bunu peyğəmbər buyurub”, - Navruzbay Taqanulı izah edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR