İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda yoxa çıxan helikopterin qalıqları TAPILDI

Ötən gün Qazaxıstanın Almatı vilayətində yoxa çıxmış hərbi helikopterin hissələri aşkarlanıb.

Bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Otar yaşayış məntəqəsi ərazisində əlaqənin kəsildiyi helikopter Qazaxıstan Hava Müdafiə Qüvvələrinə məxsusdur.

FHN-in xilasediciləri Almatı vilayətinin Sorbulak gölü akvatoriyasında helikopterə aid olduğu ehtimal edilən parçalar aşkarlayıblar.

Axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd olunur./News24.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR