İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda yerli sakin “Vaqner”ə qoşulduğuna görə cəzalandırılıb

Qazaxıstan vətəndaşı "Vaqner" özəl hərbi şirkətinin döyüşçüsü olaraq Ukraynada müharibədə iştirak etdiyinə görə həbs cəzasına məhkum edilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Karaqanda vilayət məhkəməsindən bildirilib.

Xəbər verilir ki, “Vaqner”in muzdlusu olan vətəndaş 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəməyə bildirilib ki, hökmlə bağlı qərar hələ avqust ayında çıxarılıb və bu gün onun qanuni qüvvəyə mindiyi məlum olub. Qeyd olunur ki, döyüşçü Baxmut (Artyomovsk) uğrunda gedən döyüşlərdə iştirak edib.

Həmin şəxs muzdlu döyüşçü olmaqda ittiham olunub. Məhkəmə zamanı qazaxıstanlı şəxs günahını etiraf edib. Prokuror, həmçinin hərbi şirkətin tərkibində olduğu müddətdə şəxsin qazandığı pulların müsadirə edilməsini istəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR