İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda şagirdini zorlayan müəllimə ömürlük həbs verilib

Qazaxıstanın Semey şəhərinfə 8-ci sinif şagirdini maşında zorlayan hərbi hazırlıq müəllimi ömürlük həbs cəzasına məhkum edilib.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, cinayət 2024-cü ilin iyulunda baş verib.

Bu barədə Abay rayon məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Qapalı keçirilən məhkəmə iclasında 32 yaşlı müəllim təqsirini boynuna almayıb və barəsində bəraət hökmünün çıxarılmasında israr edib. Buna baxmayaraq, məhkəmə onu ən yüksək cəzaya məhkum edib. Hökm hələ qanuni qüvvəyə minməyib.

Müəllimin həbsi 2024-cü ilin noyabrında məlum olub. Daha sonra məlum olub ki, zərərçəkmiş məktəbdə təhsilini davam etdirir. Şəhərin təhsil şöbəsi qızın valideynlərinə uşaq ombudsmanı və psixoloji dəstək mərkəzindən kömək istəməyi tövsiyə edib.

Qeyd edək ki, əvvəllər bu kateqoriyadan olan cinayət törədənlər daha yumşaq cəzaya məruz qalırdılar. Zorlamaya görə ömürlük həbs isə, bəlkə də Qazaxıstanda bir ilkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR