İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda hərbçilərin mərc qoyuluşu etməsi yasaqlanacaq

Qazaxıstanda hərbçilərin mərc qoyuluşu etməsi, şövqlü oyunlar oynaması qadağan ediləcək.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə hazırlanan qanun layihəsi yayımlanıb və hazırda fəal müzakirə olunur.

Layihədə qeyd olunur ki, silahlı qüvvələrin, digər qoşun və birləşmələrin intizam nizamnamələrində dəyişikliklər ediləcək. Bu dəyişikliklərə əsasən, hərbi qulluqçuların pul və ya digər əmlak xarakterli qumar oyunlarında, digər qiymətli əşyalara mərc oyunlarında iştirak etməsi qadağan ediləcək.

Bu qadağanın pozulması ciddi intizam pozuntusu hesab olunacaq.

Yeniliklər qumar asılılığına qarşı əvvəllər qəbul edilmiş qanunla bağlıdır.

İctimai müzakirə 6 avqust 2024-cü il tarixinədək davam edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR