İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan sükanı sağda olan avtomobillərin idxalına qadağa qoyur

Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi sükanı sağda olan avtomobillərin ölkəyə gətirilməsinin qadağan edilməsi ilə bağlı sərəncam layihəsi hazırlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sənəd "Open NLA" portalında dərc edilib.

Sərəncam layihəsində deyilir: “Sükaı sağda olan avtomobillərin Qazaxıstan Respublikasının ərazisinə gətirilməsi altı ay müddətinə qadağan edilsin”.

Sənəddə qeyd olunur ki, qadağanın icrasına nəzarətin təmin edilməsi üzrə məsuliyyətin DTX-nin Sərhəd Xidməti ilə birgə Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinə həvalə edilməsi planlaşdırılır.

Sükanı sağda olan avtomobillərin yol hərəkəti iştirakçılarında çaşqınlıq yaratdığı, manevr edərkən yaxın ətrafı görmə məsələsində problemlər doğurduğu, bunların qəzalara səbəb olduğu bildirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR