Onlayn ictimai-siyasi qəzet
Transparency International 2024-cü il üçün Korrupsiya Qavrama İndeksinin yeni reytinqini dərc edib. Araşdırmaya görə, Qazaxıstan ötən illə müqayisədə 5 pillə artım göstərərək 180 ölkə arasında 88-ci yerdə qərarlaşıb.
Musavat.com ArbatMediaya istinadla xəbər verir ki, qlobal orta göstərici 43 bal, 19 ölkənin daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda isə orta göstərici 35 bal olub.
Qeyd olunur ki, Qazaxıstan 2016-cı ildən indeksi 11 pillə artıraraq (29-dan 40-a) Mərkəzi Asiyada yeganə ölkə olub.
Qazaxıstan Hindistan (38), İndoneziya (37), Argentina (37), Serbiya (35), Ukrayna (35), Braziliya (34), Tailand (34), Türkiyə (34) kimi ölkələri qabaqlayır.
Postsovet ölkələri arasında ən yaxşı yer Gürcüstan (53 xal), Ermənistan (47) və tutub. Rusiya və Azərbaycan (hər biri 22 xal), Tacikistan (19) və Türkmənistan (17) siyahının sonrakı pillələrində yer alıb.
Musavat.com
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ