İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxda qumbara tapıldı

Qazaxda məişət tullantıları qutularının yaxınlığında hərbi sursat aşkar edilib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən bildirilib.

Qeyd edilib ki, məlumat dünən axşam saatlarında agentliyə daxil olub. Agentliyin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb olunaraq, əraziyə baxış keçirib.

Baxış zamanı 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilərək, zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR