İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxda məhkəmə qərarı ilə saxlanılan şəxsə narkotik keçirilməsinin qarşısı alınıb

Qazax rayonunda məhkəmə qərarı ilə saxlanılan şəxsə narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qazax rayon sakini, 35 yaşlı Maral Osmanova Qazax Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində saxlanılan tanışı Elvin Mansurova geyim və digər gigiyenik əşyalar gətirib. Polis əməkdaşları əşyaları yoxlayan zaman nəm salfet qutusunun içərisindən 1 ədəd bükümdə, narkotik maddə olan "heroin" aşkar edilərək götürülüb. Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR