Onlayn ictimai-siyasi qəzet
Fövqəladə Hallar Nazirliyi (FHN) Qazaxda baş verən yol qəzası barədə məlumat yayıb.
FHN-dən Musavat.com-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Xanlıqlar kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “UAZ” markalı iki minik avtomobili toqquşub, avtomobildə 1 nəfər sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ