İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazax və qırğız sənətçilər TV Musavat tamaşaçıları üçün ifa etdilər, “Qarabağ Azərbaycandır!” dedilər - Özəl

Bursada düzənlənən Qorqud Ata Türk Dünyası Film Festivalının Qala yeməyində gözəl musiqi çələngi ilə iştirakçıların ruhunu oxşayan sənətçilər TVMusavat-ın izləyiciləri üçün özəl olaraq ifa ediblər.

Qazax və qırğız musiqiçilər “Yeni Müsavat”ın əməkdaşının xahişini məmnuniyyətlə qəbul ediblər, Azərbaycana salamlar söyləyiblər, hətta “Qarabağ Azərbaycandır”-deyiblər. Beləliklə, komuzda Qırğız Respublikasının sənətçisi Çolpon Kambarova, dombrada Qazaxıstan nümayəndəsi Raşida Abdijapparova, kıl kobızda yenə də Qazaxıstanı yəmsil edən Altınay Turqanbekova ifa ediblər. Bu mənzərə ətrafdakıların da böyük marağına səbəb olub.

Buyurun, sizlər də izləyin, dəyərli oxucularımız:

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR